Sosial Siyasət

Azərbaycan və beynəlxalq təcrübə

Humanitar Təhsil və Sosyal Elmlər · SOC110 Sosialogiyaya giriş
Müəllim: Musa Səmədli

Mədinə Vəliyeva Barış Ersöz Cəmil Ağasiyev Ləman Nəcəfova

Sosial siyasət nədir?

Dövlətin vətəndaşların rifahını qorumaq və sosial riskləri azaltmaq üçün apardığı məqsədyönlü fəaliyyət.

Pensiyalar, müavinətlər, sosial yardım, təhsil, səhiyyə, məşğulluq və mənzil siyasətini əhatə edir.

Sosiologiya üçün bu, təkcə “pul paylamaq” deyil: bərabərsizliyi və vətəndaşla dövlət münasibətini formalaşdıran institutdur.

T. H. Marşal: vətəndaşlıq üç mərhələdə inkişaf edib

XVIII əsr
Mülki hüquqlarSöz, mülkiyyət, məhkəmə
XIX əsr
Siyasi hüquqlarSeçmək və seçilmək
XX əsr
Sosial hüquqlarRifah, təhsil, sağlamlıq

Nəticə: sosial müdafiə dövlətin lütfü deyil, vətəndaşlıq hüququdur.

2

Sosial siyasət cəmiyyətdə üç iş görür

Müdafiə

Xəstəlik, qocalıq, əlillik və işsizlik kimi risklərdən qoruyur.

Bərabərləşdirmə

Gəlirləri yenidən bölüşdürür və yoxsulluğu azaldır.

İnteqrasiya

Həssas qrupların cəmiyyətdən təcrid olunmasının qarşısını alır.

3

Sosial siyasətin dörd əsas istiqaməti

Sosial müdafiə və yardım

Sığorta, ünvanlı yardım və universal ödənişlər

Təhsil və səhiyyə

İnsan kapitalına və sosial mobilliyə investisiya

Məşğulluq

İşsizlik ödənişi və insanı işə qaytaran aktiv proqramlar

Ailə və uşaq

Pul, vaxt (məzuniyyət) və xidmətlər (bağça)

Üç mexanizm: sığorta (ödəniş edənə), ünvanlı yardım (ehtiyacı sübut olunana), universal ödəniş (hər kəsə). Modellər bunlardan hansına üstünlük verməsi ilə fərqlənir.

4

Hər ölkənin üzləşdiyi beş çağırış

47,6%

dünya əhalisinin heç bir sosial müdafiə ödənişi yoxdur

Mənbə: BƏT, World Social Protection Report 2024–26
YoxsulluqNəsildən-nəslə ötürülə bilən “yoxsulluq tələsi”
İşsizlikQeyri-formal işləyənlər sığortadan kənarda qalır
Gəlir bərabərsizliyiSosial etimadı zəiflədir (Cini əmsalı ilə ölçülür)
Xidmətlərə çıxışKənd sakinləri və yaşlılar üçün bürokratik maneələr
Əhalinin qocalmasıPensiyaçılar artır, ödəniş edən işləyənlər azalır
5

Dörd rifah dövləti modeli

Sosial-demokratFinlandiya
  • Hamıya universal ödənişlər
  • Vergilər hesabına
  • Yardım alan damğalanmır
KorporativAlmaniya
  • Sığorta işləyənlər üzərində
  • Ödəniş əvvəlki maaşa bağlı
  • Sosial statusu qoruyur
LiberalABŞ, Böyük Britaniya
  • Gəlir yoxlaması ilə yardım
  • Özəl sığorta böyük rol oynayır
  • İşləmək stimulu önəmlidir
AiləyönümlüTürkiyə
  • Qulluq yükü ailənin üzərində
  • Parçalanmış sığorta
  • Sosial xərclər aşağıdır
Azərbaycan — qarışıq model: pensiyalar sığorta əsaslı (korporativ), sosial yardım isə gəlir yoxlaması ilə (liberal).
Mənbə: Esping-Andersen (1990); Ferrera (1996); Buğra və Keyder (2006)6

Türkiyə: ailəyönümlü model

98,5%əhali Ümumi Səhiyyə Sığortası ilə əhatə olunub (2020)
11,1%ÜDM-in sosial müdafiəyə gedən hissəsi (2024)
1,48qadın başına uşaq — doğum səviyyəsi (2024)

Şərti Təhsil və Səhiyyə Yardımı

Yardım yalnız şərtlər yerinə yetirildikdə ödənilir:
  • Uşaq ayda 4 gündən artıq dərs buraxmamalıdır
  • 0–6 yaşlı uşaqlar müntəzəm tibbi müayinədən keçməlidir
  • Hamilə qadın müayinələrə getməli, xəstəxanada doğmalıdır
  • Ödəniş ilk növbədə anaya edilir

Yardım həm yoxsulluğu azaldır, həm də uşaqların təhsilinə investisiya edir.

Mənbə: Sosyal Güvenlik Kurumu; TÜİK (2025a, 2025b); Aile ve Sosyal Hizmetler Bakanlığı7

Bilirdinizmi?

Finlandiya · 1938

Hər gələcək ana “körpə qutusu” alır. Şərt: hamiləliyin erkən dövründə həkim müayinəsi.

Finlandiya · 160 gün

2022-dən hər valideynin öz məzuniyyət kvotası var; 63 günü digərinə ötürmək olar.

Almaniya · Kurzarbeit

Böhranda işçi işdən çıxarılmır: iş saatı azalır, itirilən maaşın bir hissəsini dövlət ödəyir.

Böyük Britaniya · 1948

NHS yaradılır: səhiyyə vergilər hesabına, xidmət anında pulsuzdur.

8

Azərbaycan rəqəmlərlə

17,1 mlrd manat

2026 büdcəsində sosialyönümlü xərc — büdcənin 41,1%-i

1,1 mln

pensiyaçı — əhalinin 10,7%-i

594,4 manat

orta aylıq pensiya, bir ildə +10,5%

78,9 min

aztəminatlı ailə ünvanlı yardım alır

600 manat

uşaq doğulduqda birdəfəlik müavinət

115 min+

nəfər özünüməşğulluq proqramında iştirak edib

Mənbə: Dövlət Statistika Komitəsi (2026a); AZƏRTAC (2025); APA (2026b). Pensiya və yardım: 1 iyul 2026 vəziyyətinə.9

Ünvanlı yardım: kim kənarda qalır?

Yoxsulluq səviyyəsi
5,2%
Ünvanlı yardım alanlar
3,3%
≈ 200 min nəfər fərq

2025-ci il, əhalinin faizi ilə. Hesablama üsulları fərqlidir, ona görə fərq təxminidir.

Mümkün səbəblər

  • Sərt seçim meyarları: gəlirin “ailədən asılı olmayan səbəblərdən” aşağı olması tələbi
  • “Müraciət etməmə”: məlumatsızlıq, bürokratiya, damğalanma qorxusu
  • Yoxsulluğun real azalması da rol oynaya bilər — bunun üçün açıq statistika lazımdır
Mənbə: Dövlət Statistika Komitəsi (2026b); Dövlət Sosial Müdafiə Fondu10

Sosial xərclər: Finlandiya 31%, Türkiyə 11%

Finlandiya
31,4%
Almaniya
27,9%
B. Britaniya (2023)
23,0%
OECD ortası
21,2%
ABŞ
19,8%
Türkiyə (TÜİK)
11,1%

Dövlətin sosial xərcləri, ÜDM-ə nisbətən %, 2024

Model üzrə

Sosial-demokratKorporativLiberalAiləyönümlü

Azərbaycan? OECD üzvü olmadığı üçün eyni metodla göstərici yoxdur. Dövlətin səhiyyə xərcləri ÜDM-in 1,3%-i idi — OECD-də 7,7% (2019).

Mənbə: OECD SOCX (Our World in Data), 2024; Türkiyə: TÜİK, ESSPROS metodu (2025b); Cortez (2022)11

Çox xərcləmək az işsizlik demək deyil

Finlandiya
9,5%
Türkiyə
8,3%
Azərbaycan
5,5%
B. Britaniya
4,7%
ABŞ
4,2%
Almaniya
3,7%

İşsizlik səviyyəsi, işçi qüvvəsinə nisbətən %, 2025

Finlandiya 9,5% — Almaniya 3,7%

Finlandiyada işini itirən geniş sığorta və yenidən hazırlıqla qorunur.

Türkiyə 8,3% — xərclər aşağı olduğu üçün işsizə ailə dəstəyi daha böyük rol oynayır.

Azərbaycan 5,5% — qeyri-formal məşğulluq rəqəmi aşağı sala bilər.

Mənbə: BƏT-in modelləşdirilmiş qiymətləndirmələri (Our World in Data), 2025; Türkiyə: TÜİK (2026)12

Azərbaycanda sosial siyasəti kim həyata keçirir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Mərkəzi orqan

Əmək, məşğulluq, pensiya və sosial müdafiə siyasəti. Tabeliyində: DSMF, Məşğulluq Agentliyi, SXA, DOST.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

1998 → 2006

Ailə, gender bərabərliyi və uşaq hüquqları siyasəti; ailələrə dəstək mərkəzləri.

DOST Agentliyi

2018

Sosial xidmətlər “bir pəncərə” prinsipi ilə: bir yerdən, operativ və şəffaf.

Sosial Xidmətlər Agentliyi

2019 / 2020

Yaşlılara, əlilliyi olanlara, himayəsiz uşaqlara xidmət; himayədar ailə və övladlığa götürmə.

13

DOST: sosial xidmət bir pəncərədə

9 avqust 2018
Fərman №229DOST Agentliyi yaradılır
10 dekabr 2018
Fərman №387Nizamnamə təsdiqlənir
9 may 2019
Bakıİlk DOST mərkəzi açılır
OperativlikŞəffaflıqVətəndaş məmnunluğuSəyyar xidmət

Sosioloji baxış: DOST vətəndaşla dövlət münasibətini “ərizəçi” modelindən “xidmət alan vətəndaş” modelinə keçirmək cəhdidir.

Mənbə: DOST Agentliyi; Azərbaycan Respublikasının Prezidenti (2018); President.az (2019)14

Azərbaycan: güclü və zəif tərəflər

Güclü tərəflər

DOST “bir pəncərə” modeli
Proaktiv (müraciətsiz) pensiya və müavinət
Pensiyaların hər il indeksləşdirilməsi
Geniş özünüməşğulluq proqramı

Zəif tərəflər

Ünvanlı yardımın məhdud əhatəsi
Aylıq uşaq müavinəti yalnız aztəminatlılara
Səhiyyədə yüksək şəxsi xərclər
Qeyri-formal məşğulluq
15

Beynəlxalq təcrübədən altı dərs

1Universal uşaq müavinəti — mərhələli: əvvəlcə 0–3 yaşFinlandiya, Almaniya
2Atalar üçün ayrılmış valideyn məzuniyyəti — qadınların işdə iştirakı artarFinlandiya
3Böhran üçün qısaldılmış iş vaxtı — işdən çıxarma əvəzinəAlmaniya
4Uzunmüddətli qulluq sığortası — qocalan əhali üçünAlmaniya
5Universal səhiyyə əhatəsi — şəxsi xərcləri azaltmaqB. Britaniya, Türkiyə
6Şərti pul yardımı — yardımı məktəb və sağlamlıqla bağlamaqTürkiyə
16
Sosial hüquqlar vətəndaşlığın tamhüquqlu hissəsinə çevrildikdə cəmiyyət daha bərabər və daha möhkəm olur.
T. H. Marşalın ideyası əsasında

Diqqətinizə görə təşəkkür edirik!

Suallarınız?

İndi oynayaq!

Zal iki komandaya bölünür: Sol cəbhə və Sağ cəbhə. Oyunu seçin.